0
Gəncə şəhər Hava Limanı Xətt rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat olub.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı İrza Nağıyev sözügedən quruma rəis təyin edilib.
Qeyd edək ki, İ.Nağıyev bundan öncə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsində işləyib.
