2
Vətən müharibəsində yaralanan Elçin Səmədov Elxan oğlu ona hədiyyə edilən evi Məhəmməd adlı döyüş yoldaşına verib.
Ölkə.Az xəbər verir ki, bu barədə sosial mediada bununla bağlı videogörüntülər yayımlanıb.
O, ailəsi ilə birgə həmin evə gedərək mənzilin sənədlərini döyüş yoldaşına təqdim edərək xeyir-dua verib.
Görüntülərdə həmçinin E.Səmədovun rəsmi qaydada evini dostunun adına keçirdiyi yer alıb.
Qeyd edək ki, Elçin Səmədov Suqovuşan kəndində gedən döyüşlər zamanı ürək nahiyəsindən ağır yaralanıb. O, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.///olke.az
