0
“Sonuncu məlumata görə, “Delta” ştammı 104 ölkədə aşkarlanıb”.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, bir şəxsdən səyahətdən 72 saat əvvəl götürülən test neqativ ola bilər:
“Həmin şəxs ölkəyə daxil olduqdan sonra isə testin nəticəsi pozitiv çıxa bilər. Bunun bir izahı var. Xəstəliyik son dövründə gizlilikdən çıxır və test nəticəsi pozitiv çıxır”.
T.Eyvazov qeyd edib ki, PCR testləri bəzən qeyri-qanuni yollarla əldə olunur.///oxu.az
