0
Baş nazirin sabiq müavini Abid Şərifovun oğlunun iflic olduğu ilə bağlı məlumat yayılmışdı. Məlum xəbərdə sabiq müavinin oğlunun hər gün Şəkidə otelə gətirilərək orda müalicə olduğu bildirilirdi.
Ucnoqta.az xəbər verir ki, yayılan xəbərlə bağlı Manset.az-a açıqla verən Abid Şərifov məsələdən xəbərdar olduğunu bildirib.
“Bayaqdan zənglər gəlir. Mənim məlumatım var. Qurtarın da bu məsələdən. Əl çəkin bu boş-boş söhbətlərdən. Mənim vaxtım yoxdur bu barədə əlavə danışım.” – deyə Abid Şərifov qeyd edib.
