0
“Bizə çoxsaylı Türkiyə vətəndaşları Azərbaycana gəlmək istədikləri barədə müraciət edirlər. Ancaq bildirirlər ki, Azərbaycana gəliş qiymətləri digər ölkələrə getməkdən çox bahadır”.
Bunu deputat Qənirə Paşayeva parlamentdə deyib. O qeyd edib ki, həmçinin ölkəmizdən də Türkiyəyə gedən çox sayda vətəndaş var:
“Tələbələr, xəstəliklə bağlı Türkiyəyə gedənlər var. Mən buradan AZAL-a müraciət edirəm. Qiymətlərə yenidən baxılsın, onun əlçatan olması məsələsinə nəzər salınsın”.///qafqazinfo
