0
Baş Prokurorluq iki gün öncə "Azure” biznes mərkəzində intihar edən gənclə bağlı açıqlama yayıb.
Ucnoqta.az-a daxil olan məlumatda qeyd edilir ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi "Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən "Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.
Faktla bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır. Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.
