Bir diyar var ….
Bir diyar varki, altı-üstü açılmamış xəzinə ….
Onun cənnətə tay tutulan torpağı, onun min illərə dayanan zəngin tarixi, onun qızıla bərabər insanları…
O mənim diyarımdır. O mənim məmləkətimdir. O mənim Qarabağımdır. O Qarabağ ki, orada saysız-hesabsız qanlar tökülüb. O Qarabağ ki, heç bir yer onun qədər talanmayıb.
Amma biz bu gün ona son qoyduq. Əminliklə deyirəm ki, cənab Ali Baş Komandanın timsalında 30 illik işğaldan sonra geri qaytarılan torpaqlarımızda fəxarət, qürur hissi ilə gəzmək hüququ qazanmışıq.
Amma gəl ki, erməni vandalları bizə sadəcə “boş ərazilər”qaytarıb. İşğaldan azad olunan torpaqlarımızda dolaşdıqca qarşımıza çıxan dağıdılmış kəndlər, məhv edilmiş tarixi memarlıq abidələrinə baxdıqda bir daha əmin oluruq ki, bizim qarşımızdakı düşmənlər insan deyil onlar yırtıcı, vəhşi vandallardır.
Görünən odur ki, bədnam millət 30 ildə dədə-baba yurdlarımızda daşı-daş üstündə qoymayıblar. Təsəvvür edin bu şərəfsiz millət bu gün güya Azərbaycanın onlara məxsus abidələri dağıtdığını dünyaya çatdırmağa cəhd edir. Amma bu yöndə də Dövlətimizin apardığı iş heç şübhəsiz ən yaxın zamanlarda öz nəticəsini verəcək. Dünya artıq erməni vandalizmini, vəhşiliyini görüb, qərar vermək isə artıq an məsələsidir.
İşğalda əvvəl Qarabağda 900-ə yaxın tarixi abidə qeydə alınmışdır ki, onunn da 403-dini abidə olmuşdur. Lakin 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgah olmaqla, 100-ə yaxın qəbirstanlıqdan geriyə qalan isə xarabalıqdır.
Mənfur erməni azərbaycanlıların bu torpaqlardakı tarixi izini silmək üçün qəbirlərdəki mərhumların sümüklərinidə yığıb aparıblar. Bu vandalizm deyilmi? Alban məbədlərinin saxtalaşdırılaraq guya erməni kilsəsi adı altında “tarixə salınmasına”, meşələrin yandırılaraq məhv edilməsinə, müsəlman məscidlərində donuz saxlanılmasına Beynəlxalq təşkilatlar da biganə yanaşır.
Allahsızlığa bax! Allahın evləri dağıdılır. Ölülər təhqir olunur. Heç faşizmin törətdiyi faciələr belə Qarabağla müqayisə edilə bilməz.
Erməni faşizmi Azərbaycana yüz milyardlarla ziyan vurmuşdur. Qiymətsiz abidələrimiz talan olunmuşdur. Bu müharibə cinayətidir. Belə vəhşiliklər heç yerə-göyə sığarmı?
Amma qürurla deyirəm: Cəbrayılda, Ağdamda, Kəlbəcərdə, Şuşada bir sözlə Qarabağda həyat davam edəcək!
Mənim gözəl məmləkətim, biz var olduqca sən də var olacaqsan!
Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi “Ermənistan bu vəhşiliklərinə görə Beynəlxalq hüquq qarşısında cavab verəcək”.
Mahmudova Gövhər
Neftçala rayon sakini, müəllim
