1
Prezident İlham Əliyev Zaur Rauf oğlu Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Ucnoqta.az xəbər verir ki, Sərəncamda qeyd edilir ki, Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin.
Qeyd edək ki, bundan öncə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə idi. O, Prezidentin 2 aprel tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad olunub.
