Cougar helikopterləri Türkiyə Quru Qoşunları Komandanlığında 1996-cı ildən fəaliyyət göstərir.
Bu barədə Ucnoqta.az Türkiyə KİV-nə istinadən xəbər verir.
Bu gün Türkiyədə qəzaya uğrayan Cougar helikopterində bu günə qədər 39 əsgər şəhid olub.
1993-cü ildən Cougar helikopterlərindən 20-si alınıb. Fransada istehsal olunan Cougarların Quru Qoşunları Komandanlağında 1996-cı ildən istifadəsinə başlanıb.
İkinci satın alma müqaviləsi 1995-ci ildə edildi. Ankaradakı TAI müəssisələrində istehsal olunan 30 Cougar helikopterindən 20-si Hava Qüvvələri Komandanlığında axtarış qurtarma fəaliyyətlərində istifadə edilmiş, qalanları Quru Qoşunları Komandanlığının əmrinə verilmişdir.
Cougar helikopterləri ümumilikdə 21 şəxsi heyət daşıya bilər.
Saatda 278 kilometrə qədər sürətlənə bilir. İki mühərrikli helikopterin uçuş heyəti iki pilot və bir texnikdən ibarətdir.
1997-ci ildə 11 şəhid
Cougar helikopterləri ilə əlaqəli ilk itki hadisəsi 4 iyun 1997-ci ildə baş verib.
Şimali İraqdakı sərhəd əməliyyatlarında iştirak edən əsgərləri daşıyan helikopter, Zap bölgəsində raketlə vuruldu. Hücumda 11 əsgər həyatını itirdi.
Helikopterlərdə raketdən müdafiə sistemi olmadığından, Cougar tipli bütün helikopterlər qərb bölgələrində istifadə olunmağa başladı.
Raketdən müdafiə sistemləri qurulduqdan sonra yenidən Cənub-Şərqdəki hərbi hissələrin istifadəsinə verildi.
2003 və 2017-ci illərdə ümumilikdə 17 şəhid
Cougar helikopterlərindəki itki ilə ikinci hadisə 29 aprel 2003-cü ildə Isparta Eğirdirdə baş verdi. Təlim uçuşu zamanı yüksək gərginlikli xəttə ilişdi və qəzaya uğradı. Qəzada 4 əsgər öldü. Bir əsgər də ağır yaralanıb.
Şırnakda üçüncü insan itkisi hadisəsində 13 əsgər həyatını itirdi. Bu qəzada general-mayor Aydoğan Aydınla birlikdə 2 polkovnik, 1 polkovnik-leytenant, 1 mayor, 3 kapitan, 2 baş çavuş, 2 mütəxəssis çavuş və 1 leytenant həlak olub.
2021-ci ildə 11 şəhid
Sonuncu qəza bu gün, 4 Mart 2021 tarixində baş verdi. Milli Müdafiə Nazirliyi (MSB) Bingöldən yola çıxan hərbi helikopterin qəzaya uğradığını, 11 hərbçinin şəhid olduğunu və 2 nəfərin isə yaralandığını bildirdi.
