Çərşənbə axşamı, Sentyabr 29 2026 - Bakı, Azərbaycan
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRCƏMİYYƏTFevral soyuğu
CƏMİYYƏT

Fevral soyuğu

tərəfindən redaktor 25.02.2021 / 22:00
25.02.2021 / 22:00
A+A-
Sıfırla
1

“Fevral” ayının adı gələndə ağlıma yalnız Xocalı gəlir. Bu günlərdə Bakıya yağan qar və havaların kəskin soyuqlaşması da, mənə ancaq həmin dəhşət dolu soyuq gecəni xatırladır. Sanki, Allah da istəmir ki, biz həmin faciəni unudaq. Xocalı faciəni tarixdə heç bir faciə və qətliamla müqayisə etmək olmaz. Hətta dünyanın həmişə lənətlə xatırladığı faşistlər də yəhudilərə qarşı bu cür vəhşiliklər törətməmişdi. Faşistlər yalnız kişiləri öldürsələr ki, erməni cəlladları bütöv bir xalqa qarşı, uşaq və qadınlar da daxil olmaqla vəhşilik və qeyri-insani hərəkətlər etmişdi.

Bəlkə də, Xocalıda yalnız kişilər qətlə yetirilsə, kimsə bunu anlayar və düşmənin düşmənə qarşı kini kimi qəbul edərdi. Lakin hadisəni faciə edən günahsız körpələrə, qadın və qocalara qarşı törədilən ağlasığmaz cinayətlərdir. Bəli, Xocalı faciəsi konkret bir millətə qarşı törədilən soyqrımdır. Bir xalqın uşaqdan böyüyədək kökünü kəsməyə hesablanmış dəhşətli bir cinayətdir. 613 dinc sakinin ölümü ilə nəticələnən bu cinayət öz miqyas və dəhşətinə görə həmin ayın əvvəllərində törədilən Malıbəyli və Quşçular faciələrini arxa plana keçirdi. Ermənilərin dünyaya təqdim etdikləri saxta sənədlərdə guya Xocalı sakinlərinin şəhəri Ağdam istiqamətində tərk etmələri üçün “dəhliz” yaratdıqlarını iddia etsələr də, Xocalıda heç kəsin həmin naməlum “dəhliz”dən xəbərləri olmamışdır.

Həmin dövdə Azərbaycan hakimiyyətində olan qüvvələrin yarıtmaz fəaliyyəti nəticəsində bütöv bir şəhər yiyəsiz və başsız qalmışdı. 1992-ci ilin yanvar ayından Xocalı ilə bütün əlaqələr kəsilmiş, şəhər bütünlüklə ermənilərin mühasirəsində qalmışdı. Hətta düşmən şəhərə vertolyot uçuşuna da imkan vermirdi. Yüzlərlə qadın və uşaq Allahın umuduna qalmışdı. Xocalıda yerləşən aeroportun əhəmiyyəti düşməni tez bir zamanda bu şəhərə sahib olmağa sövq edirdi. Xocalıda olan özünümüdafiə batalyonunun azsaylı canlı qüvvəsi ilə şəhəri sonadək qorumağın mümkün olmayacağı əvvəldən görünürdü. Təəssüflə qeyd edirəm ki, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev kimi oğullarımız bu qeyri-bərabər döyüşlərdə elə Xocalı aeroportunda da həlak oldu. Düşmən Rusiyanın 366-cı hərbi hissəsinin texniki köməyi ilə şəhərə bir neçə istiqamətdən daxil olub şəhərdə qalan insanları vəhşicəsinə qətlə yetirdi. Ən böyük qətliam isə Ağdama tərəf qaçan mülki əhalinin Qarqar çayı boyunca vəhşicəsinə öldürülməsi idi. 1300-dən artıq insan, uşaq, qoca və qadın əsir götürüldü. Həmin dövrdə Ağdam batalyonunun komandiri, Azərbaycanın Milli Qərhəmanı Allahverdi Bağırovun şəxsi əlaqələri hesabına 1003 Xocalı sakini ilk üç gündə əsirlikdən azad edildi, yerdə qalan əsirlərin isə taleyindən bu günədək hər hansı bir məlumat yoxdur. Yənə də, təssüflə qeyd edirəm ki, o, vaxtki iqtidarda olan qüvvələrin görməli olduğu işi rəhmətlik Allahverdi Bağırov tək etmişdi.

Bu gün Azərbaycan iqtidarı Xocalı faciəsini dünyaya tanıtmaq üçün ciddi səylə çalışır. Dünyanın bir çox ölkəsi bu faciəni soyqrım kimi tanısa da, bu yetərli deyil. Həmin faciəni törədənlərdən bəziləri hazırda Ermənistan siyasi hakimiyyətində təmsil olunur və onlar bu cinayətlərə görə hələ də cavab verməyiblər. Hətta bəziləri bu faciəni törətməkləri ilə qürurlanırlar da. Təbii ki, bu şəxslərin insanı hissləri ola bilməz və onlar bir gün bu cinayət əməllərinə görə məsiliyyətə alınacaqlar.

Xocalı faciəni dünyaya soyqrım kimi tanıtmaq üçün 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən “Xocalıya ədalət” adlı kompaniya başladılmışdır. Bu kompaniya dünyanın 120-dən artıq ölkəsində Xocalı həqiqətlərini yayır. Müxtəlif formada, istər konfrans, istər seminarlar formasında Xocalı dəhşətləri xarici ölkələrin vətəndaşlarına, beynəlxalq təşkilatlara və dövlətlərə çatdırılır. Hər il Bakıda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə “Xocalıya ədalət” adı altında ümumxalq yürüşü keçirilərək faciə qurbanları yad edilir.

Bu faciə barədə həqiqətlər cənab Prezident tərəfindən dünyanın ən yüksək tribunalarında səsləndirilib. Artıq bütün dünya ermənilərin hansı vəhşilikləri törədə biləcəyini görüb. Biz xalq olaraq, Xocalını və Xocalı qurbanlarını heç bir vaxt unutmayacağıq. Allah soyqrım qurbanlarına rəhmət etsin.///yap.org.az

 

Ruhi Əliyeva

YAP Qadınlar Şurasının üzvü

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Böyük Britaniya Nümayəndələr Palatasından Xocalı soyqırımıyla bağlı BƏYANAT
Sonrakı yazı
ABŞ-da Xocalı həqiqətlərini əks etdirən avtomobil küçələrdə hərəkət edəcək

Digər yazılar

Səlim Müslümov müəllimliyə başladı

29.09.2026 / 11:55

Bəxtiyar İsmayılov nazir müavini təyin olundu

28.09.2026 / 14:31

General-mayor rütbəsi verilən Nihad Şıxəliyev kimdir?

28.09.2026 / 11:00

Bakıda universitetlər sabahdan ənənəvi tədrisə qayıdır

28.09.2026 / 00:07

DTX və XKX rəisləri Zəfər parkını ziyarət etdilər – FOTO

27.09.2026 / 14:03

DİN şəxsi heyəti şəhidləri yad edib – VİDEO

27.09.2026 / 11:41

Azərbaycanda Anım Günüdür

27.09.2026 / 00:02

Hərbçilərin maaşında ciddi artım nəzərdə tutulur – YENİLİK

25.09.2026 / 11:02

Bakıda dişini çəkdirən qadın vəfat etdi – VİDEO

25.09.2026 / 10:24

XƏBƏR LENTİ

  • Fransanın dövlət borcu 80 ilin ən pik səviyyəsinə çatıb

    29.09.2026 / 12:15
  • MDB hökumət başçılarının toplantısı dekabrda Moskvada keçiriləcək

    29.09.2026 / 12:12
  • Bakıda bu evlər söküləcək – VİDEO

    29.09.2026 / 12:02
  • Azərbaycanda tanınmış iqtisadçı vəfat etdi

    29.09.2026 / 11:57
  • Səlim Müslümov müəllimliyə başladı

    29.09.2026 / 11:55
  • İran yeni silahlar hazırlayır – SEPAH

    29.09.2026 / 11:33
  • Qubada 63 yaşlı kişi qoz ağacından yıxılaraq öldü

    29.09.2026 / 11:30
  • ABŞ gəmisində ciddi nasazlıq riski

    29.09.2026 / 11:14
  • Bu il dənizdə 64 nəfər boğulub

    29.09.2026 / 11:06
  • Ailə başçısını itirən 188 minə ödəniş

    29.09.2026 / 10:39
  • Ötən gün 34 cinayət baş verib – 36 nəfər saxlanılıb

    29.09.2026 / 10:09
  • At arabaları idarə edənlərə xəbərdarlıq

    29.09.2026 / 09:56
  • 65 yaşdan sonra bunları bacarırsınızsa…

    29.09.2026 / 09:33
  • Bu valyutalar ucuzlaşıb – dollar isə…

    29.09.2026 / 09:22
  • Yasamalda işıq olmayacaq

    29.09.2026 / 09:03
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə

Həmçinin oxuyunx

Səlim Müslümov müəllimliyə başladı

29.09.2026 / 11:55

Bəxtiyar İsmayılov nazir müavini təyin olundu

28.09.2026 / 14:31

General-mayor rütbəsi verilən Nihad Şıxəliyev kimdir?

28.09.2026 / 11:00

Bakıda universitetlər sabahdan ənənəvi tədrisə qayıdır

28.09.2026 / 00:07

DTX və XKX rəisləri Zəfər parkını ziyarət etdilər – FOTO

27.09.2026 / 14:03