0
Goranboyda qanunsuz ov edən şəxslər aşkarlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, rayonun Düzqışlaq kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-nə gətirilib.
RPŞ-də ondan müvafiq sənədləri olmayan, 16 kalibirli ov tüfəngi və 4 ədəd patron götürülüb.
Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini, Yusif Yusifovun da müvafiq sənədləri olmadan “İJ” markalı, 12 kalibirli ov tüfəngi ilə rayon ərazisində qeyri-qanuni ovçuluqla məşğul olması aşkar edilib.
Hər iki faktla bağlı araşdırma davam edir.
