Bibiheybət yolunun istifadəyə veriləcəyi tarix açıqlandı

08:28 - 3 İyun 2020 - Xəbər

Keçən il sürüşmə nəticəsində yararsız vəziyyətə düşən Bibiheybət yolunda hərəkətin bərpasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, yolun hər iki istinad divarında artıq tikinti işləri yekunlaşıb:

"Bu gündən yolun hərəkət hissəsinin bərpasına başlanılıb. Yaxın günlərdə asfaltlanma işləri görüləcək. Planlaşdırmışıq ki, növbəti həftədə Bibiheybət yolunu istifadəyə verək. Orada yamacın aşağısında və yuxarısında istinad divarları inşa olunurdu. Hər iki istinad divarında artıq tikinti işləri tamamlanıb".

Qeyd edək ki, Bibiheybət yolu ötən ilin noyabrında Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisindəki avtomobil yolunda çökmə olub. Hadisə nəticəsində yol yararsız vəziyyətə düşüb.

Xəbər xətti