Türkiyədə daha 34 nəfər koronavirusdan öldü

22:27 - 27 May 2020 - DÜNYA

Türkiyədə son sutkada daha 34 nəfər koronavirusdan vəfat edib.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 431 nəfərə çatıb. Son sutkada Türkiyədə 1 035 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 159 797 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 286 nəfər olmaqla 122 793 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 21 043 test aparılıb.///qafqazinfo

Xəbər xətti