Demokratik hüquqi dövlətdə Konstitusiya dövlətin Əsas Qanunudur

18:21 - 6 Aprel 2020 - KİVDF

Demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin misilsiz tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 

Ümummilli lider Heydər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi, beynəlxalq normalara və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu porosesi başladı. Demokratik və hüquqi dövlət quruculuğu, insаn və vətəndaş hüquq və аzаdlıqlаrının təminаtı sаhəsində əsаslı islahatlar aparıldı. 

Onun  “Cinаyətkаrlığа qаrşı mübаrizənin gücləndirilməsi, qаnunçuluğun və hüquq qаydаsının möhkəmləndirlməsi hаqqındа” 1994-cü il 9 аvqust tаriхli Fərmаnı ilə cinаyətkаrlığа qаrşı mübаrizə tədbirləri dаhа dа gücləndirildi, hüquq-mühаfizə оrqаnlаrının bu istiqаmətdə uzunmüddətli dövr üçün fəаliyyət prоqrаmı müəyyənləşdirildi. Lakin Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini istəməyən bir sıra yerli və xarici qüvvələr 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlər göstərdilər.

Ümummilli lider Heydər Əliyevin qətiyyəti, xalqın öz liderini qətiyyətlə dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin qarşısı qətiyyətlə alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu. Təsadüfi deyil ki, 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və ümummilli liderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı. Bu  barədə hüquqşünas Elşən Həsənov yazıb.
Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsini dövlətin ən ali məqsədi elan etmişdi. Ulu öndər yaxşı bilirdi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır.

Müstəqil dövlətimizin ilk milli Konstitusiyasının (1995-ci il ) qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başladı. Hüquqi və siyasi sistemin təməlini əks etdirən konstitusiyaların ən yüksək və ali hüquqi qüvvəyə malik normaları bütün hüquqi tənzimetmə sisteminin əsasında durdu, onun qəbulu, xüsusən də oradakı müddəaların reallaşdırılması ictimai münasibətlərin inkişafında sabitlik və müəyyənlik amili qismində çıxış etdi.

Bu baxımdan 1995-ci ildə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi sadəcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, həm də ölkəmizin inkişafının mahiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. Təsadüfi deyil ki, hüquqi dövlətin ayrılmaz atributu kimi insan hüquq və azadlıqlarının qorunması sonradan ölkədə həyata keçiriləcək hüquqi islahatların əsas istiqamətini müəyyən etdi.

Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etdi. Konstitusiya 71-ci maddədə insan və vətəndaş hüquq və azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoydu.

Hüquqşünas Elşad Nəsirov bildirir ki, Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunub. İnsan hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılıb, onların təmin edilməsi isə dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilib.

Hüquqşünas Elşad Nəsirov bildirir ki, demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyi ifadə etdirən cəmiyyətin də Əsas Qanunudur. “Konstitusiya insanın və vətəndaşın əsas hüquq və azadlıqlarım, hakimiyyətin ictimai-siyasi institutlarını və xalqın özünüidarə sistemini təsbit edir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası kimi çıxış edir. Konstitusiyanı cəmiyyətin mikromodeli, hüquqi nişanı kimi təsəvvür etmək olar. Məhz onun hüdudlarında və əsasında dövlət hakimiyyəti mexanizmi fəaliyyət göstərir, vətəndaşların hüquq və azadlıqları müdafıə olunur, ictimai inkişafın sahələri qabaqcadan müəyyənləşdirilir”. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyası ölkə ərazisində birbaşa ali hüquqi qüvvəyə malik olan, həyatımızın bütün sahələrinə nüfuz edən canlı bir sənəddir. “Konstitusiyamızın fəaliyyətdə olduğu dövrdə həyata keçirən irimiqyaslı islahatların uğurlu nəticələri buna əyani sübutdur. Konstitusiya qəbul ediləndən sonra ölkəmizdə birbaşa xalq tərəfindən seçilən qanunverici orqan formalaşıb, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, beynəlxalq təcrübə və tövsiyələr nəzərə alinmaqla məhkəmə-hüquq islahatları həyata keçirilib,  bir sıra yeni institutlar - Konstitusiya Məhkəməsi, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), yerliözünüidarəetmə orqanları olan bələdiyyələr yaradılıb və fəaliyyətə başlamış; xüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə, mülkiyyət hüquqlarının müdafıəsi ilə bağlı mükəmməl təminat sistemi formalaşıb”.

Hüquqşünas bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyası yalnız dövlətin təşkilini deyil, həm də qeyri-dövlət sahələrini - sosial-iqtisadi quruluşun əsaslarını, cəmiyyətin mədəni həyatını, insan və vətəndaşın hüquq, azadlıq və vəzifələrini əhatə edir. Onun tənzimləyici rolu bütün dövlət orqanizminə aiddir. Odur ki, Azərbaycan Respublikasının Konstitusiyası onun Konstitusiya quruluşunun əsaslarını, insan və vətəndaşın hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas cəhətlərini, unitar dövlət quruluşunu, Azərbaycan Respublikasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti prinsiplərini, yerli özünüidarəetmənin əsaslarını təsbit edir.

Onun sözlərinə görə, Konstitusion tənzimetmə təsiri heç bir digər normativ hüquqi aktın malik olmadığı hərtərəflilik xarakterinə malikdir. Konstitusiya cəmiyyətin həyatının bütün sahələrinə - siyasi, iqtisadi, sosial, mənəvi və digər sahələrinə toxunur və bu sahələrdə ictimai münasibətlərin fundamental əsaslarını tənzim edir

Bir sözlə Konstitusiya hüquq sisteminin təməlini təşkil edir. Konstitusiya hüquq sisteminin üzvi tərkib hissəsi və mərkəzi həlqəsi, başlıca tərkib yaradıcı elementi, onun əsas hüquqi mənbəyidir. Konstitusiyanın əhəmiyyəti həm də onda ifadə olunur ki, o, bütün hüquq sisteminin fəaliyyətinin ilkin başlanğıclarını müəyyən edir və eyni zamanda, baza mənbə kimi hər bır hüquq və qanunvericilik sahəsinin sisteminə daxıl olur . Bütün hüquq sahələrinin Konstitusiya əsasında kompleks inkişafı demokratik hüquqi dövlətin formalaşması, insan və vətəndaş hüquq və azadlıqlarının təminatlılıq səviyyəsinin artması, qanunçuluq və hüquq qaydasının möhkəmlənməsi üçün əlverişli zəmin yaradır.

(davamı var)

Xəbər xətti