İki dəqiqəyə nəticə verən koronavirus testi istifadəyə hazırdır

11:10 - 1 Aprel 2020 - DÜNYA

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) iki dəqiqədə nəticə verən koronavirus testinin istifadəsinə razılıq verib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, test Los-Anceles şəhərində yerləşən “Bodysphere” şirkəti tərəfindən hazırlanıb. O da vurğulanıb ki, yoxlamalar ancaq tibb işçiləri tərəfindən həyata keçirilə bilər.

Şirkətdən bildirilib ki, testin epidemiyanın daha çox yayıldığı bölgələrə göndərilməsi üçün federal və yerli nümayəndələrlə əməkdaşlıq edilir.///oxu.az

 

Xəbər xətti