Türk professor: “Virusa hamı yoluxacaq”

Koronavirus bütün dünyanın əsas müzakirə mövzusu olub. Proqnozlar xeyli bədbin səslənir. Dünyada insanların böyük hissəsinin virusa yoluxacağı gözlənilir.

ABŞ-da yaşayan məşhur cərrah Mehmet Öz lap bədbin fikirlər səsləndirib. Türk professor “virusa hamı yoluxacaq” deyib. Mehmet Özin fikrincə, vaksin tapılsa belə, bu, ümumi bəlaya çarə olmayacaq. “Hər mutasiya zamanı vaksin effektini itirəcək”,- professor fikrini belə izah edib.

Mehmet Öz deyib ki, virusa nə qədər gec yoluxsaq, bir o qədər yaxşıdır: “Ola bilər ki, bəzimiz yoluxmuşuq da, sağalmışıq da, amma bundan xəbərimiz olmayıb”.
Türk professor immun sistemini gücləndirməyin vacibliyindən danışıb. O, idman etməyi, sarımsaq, meyvə, tərəvəz, yoqurt yeməyi, yaşıl çay, kefir içməyi məsləhət görüb.///bizimyolinfo

Tarix
25 Mart 2020 [23:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-25 23:54:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin