Bakıda çay evinin sahibinin öldürülərək basdırılmasının Təfərrüatı

Sumqayıt şəhər 2-ci Polis Bölməsinin əməkdaşları bir neçə gün əvvəl törədilən qətlin üstünü açaraq, əvvəllər məhkum olunmuş şübhəli şəxsi saxlayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Fevralın 25-də Zeynalabdin Tağıyev qəsəbəsinin 50 yaşlı sakini Eldar Cabbarov Bakıda cinayət axtarış şöbəsinin əməliyyatçıları tərəfindən tutulub. Saxlanılan şəxs istintaq tədbirləri aparılması üçün Sumqayıt Prokurorluğuna təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, E.Cabbarov həmin qəsəbənin “Şirvan” yaşayış massivində yaşayan çay evinin sahibi 43 yaşlı Zaur Mircəfərovun qətlində iştirak edib.
Z.Mircəfərov fevralın 21-də itkin düşüb. Həmin vaxt onun Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Qurtuluş - 93” yaşayış massivində olması məlum olub. Burada onunla E.Cabbarov arasında münaqişə yaranıb. Nəticədə o, tapançadan açılan atəş nəticəsində öldürülüb.

Sonra E.Cabbarov zərərçəkmişin meyitini yarımçıq qalmış binanın zirzəmisində basdırıb. Bu barədə hüquq-mühafizə orqanlarına saxlanılan şəxs məlumat verib. Kriminalistlər zərərçəkmişin meyitini təqsirləndirilən şəxsin göstərdiyi yerdə tapıblar.
Bu il yanvarın 21-də E.Cabbarovun hədə-qorxu ilə pul tələb etdiyi üçün axtarışa verildiyi məlum olub. Bundan əlavə, o əvvəllər Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd), 228.1 (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz odlu silah hazırlama), 221.3-cü (xuliqanlıq) və 234.1-ci (qanunsuz narkotik saxlama) maddələri ilə məhkum edilib.

Z.Mircəfərovun qətli ilə bağlı cinayət işi başlanıb, istintaq davam edir. Qətlin motivi müəyyənləşdirilir.

Tarix
26 Fevral 2020 [11:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-26 11:59:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin