Bu ölkədə koronavirusa yoluxanların sayı 100-ü keçdi- 2 nəfər ölüb

00:24 - 24 Fevral 2020 - DÜNYA

İtaliyada koronavirusa yoluxanların sayı 100-ü keçdi. İtaliyanın Lombardiya əyalətində koronavirusa yoluxanların sayı 89 nəfərə çatıb. Bu barədə regionun rəhbəri Attilio Fontana bildirib. “Təəssüf ki, Lombardiyada virusa 89 nəfər yoluxub”, - deyə o, “SkyTg24” telekanalının efirində qeyd edib. A.Fontana əlavə edib ki, bununla da İtaliyada yeni virusa yoluxanların sayı 100 nəfəri ötüb. Son məlumatlara görə, ölkədə virusdan 2 nəfər ölüb. İtaliyanın artıq 5 regionunda virusa yoluxma halları qeydə alınıb./medicina.az

Xəbər xətti