"Azərbaycan Dəmir Yolları"ndan Təbriz-Culfa qatarı ilə bağlı AÇIQLAMA

13:39 - 22 Yanvar 2020 - Xəbər

Bu gün bəzi elektron KİV-lərdə İranın Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarının fəaliyyətə başlaması ilə informasiyalar yayılıb.

Ucnoqta.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a bildirilib ki, yazıda qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, İran Dəmir Yolları İdarəsindən yerli mətbuata verilən məlumata görə İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib. Təbriz-Culfa gündəlik turist qatarı İran daxilində fəaliyyət göstərəcək.

Xəbər xətti