Bakıda məktəb direktorunun qızı özünü binadan atdı     
                    
                     
                    
                        
                                         
             
            22:20  -  8 Dekabr   2019 -  HADİSƏ
                    
                    
                                                                  
                                                  
                            
                            Bakıda intihar hadisəsi baş verib. 
Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
1992-ci il təvəllüdlü Qırtımova Sevinc İlham qızı kirayə yaşadığı binadan özünü atıb. Avtomobilin üzərinə düşən qız hadisə yerində keçinib. 
İntiharın motivi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, intihar edən S.Qırtımova Zaqatala rayon Aşağı Tala kənd 3 saylı orta məktəbin direktoru İlham Qırtımovun qızıdır.
/Apa