Rusiyada bənd uçdu: 12 nəfər ölüb, 13 nəfər itkin düşüb

09:07 - 19 Oktyabr 2019 - Xəbər

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb, 13 nəfərin taleyi isə məlum deyil.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qızıl mədəni yaxınlığında su anbarının bəndinin uçması ilə yaranmış dalğanın hündürlüyünün 4 m-dən çox olduğu bildirilib.

FHN-in axtarış və xilasetmə qrupu əraziyə cəlb edilib.

Xəbər xətti