İsmayıllıda baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ MƏLUMAT

14:19 - 19 Sentyabr 2019 - Xəbər

Səhiyyə Nazirliyi İsmayılı rayonunda kartof festivalı zamanı baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.
"Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib", - nazirlikdən bildirilib. 

Xəbər xətti