İspaniyada səfirin saatı oğurlandı- 17 min avroluq

08:55 - 20 Avqust 2019 - Xəbər

Madrid şəhərində yaşayan Əfqanıstanın İspaniyadakı səfiri Barselonada soyğunçuların qurbanı olub.

Bu barədə “El Periodico” qəzeti yazıb. Belə ki, zərərçəkmişə hücum edən bir qrup naməlum şəxs onu döyərək 17 min avro dəyərində olan “Bvlgari" markalı saatını oğurlayıb. Səfir ayağından zədələnib.

Polis əməkdaşları cinayətkarların axtarışına başlayıb./qafqazinfo

Xəbər xətti