Bakıda məktəbdən 7500 manatlıq kompüter avadanlığı oğurlanıb

Suraxanı rayonunda məktəbdən 7500 manat dəyərində kompüter avadanlıqları oğurlayan şəxs saxlanılıb

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən məktəblərdən birindən oğurluq edilib. Məktəb rəhbərliyi Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsinə müraciət edərək informatika otağından 7500 manat dəyərində kompüter avadanlıqlarının oğurlandığını bildirib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov saxlanılıb. O, ifadəsində oğurluq etdiyini etiraf edib.

Faktla bağlı bölmədə toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. H.Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
23 Aprel 2019 [11:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-23 11:31:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin