Ana səhifə
17 Noyabr 2018

Samir Şərifov: “Azərbaycan xarici dövlət borcunu getdikcə azaldır”

“Azərbaycanın bağladığı borc sazişləri üzrə alınmış məbləğlərdən tam istifadə olunmayıb”.

Bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq qalmış məbləğlərin layihələrə yönəldilməsi nəzərdə tutulub.
"Xarici borcların qaytarılması limit çərçivəsində olmalıdır. Dünyada borcu olmayan dövlət demək olar ki, yoxdur. Bir sıra dövlətlərin ya daxili, ya xarici, ya da hər ikisinin kombinasiyasından ibarət borcu var. Dövlət başçısı uzunmüddətli borcun idarə edilməsi strategiyasını təsdiq edib. Burada əsas hədəflər göstərilib və srategiyaya da uyğun işlər aparılacaq", - nazir vurğulayıb.

S.Şərifov həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində dövlət zəmanətli kreditlər cəlb edilir: “ Bu zaman dövlət üzərinə müəyyən şərti öhdəliklər götürür ki, bu da xarici dövlət borcunun artmasına səbəb olur. Ancaq əsas məqam ondan ibarətdir ki, Azərbaycan borcunu getdikcə azaldır”. 

Tarix
7 Sentyabr 2018 [12:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin