"Barselona"nın baş məşqçisi postuna o gətirilə bilər

17:32 - 19 Fevral 2017 - İDMAN

 İngiltərənin "Liverpul" futbol klubunun alman baş məşqçisi Yurgen Klopp komandanı tərk edə bilər. Mütəxəssisin xidmətlərində İspaniyanın "Barselona" klubu maraqlıdır. KİV-in məlumatına görə, Kataloniya klubunun rəhbərliyi 49 yaşlı mütəxəssisi hazırkı baş məşqçi Luis Enrikenin yerinə dəvət etmək istəyir. Müqavilənin məbləği barədə məlumat verilmir. Onunla yanaşı "Everton"a rəhbərlik edən Ronald Kuman da sözügedən posta iddialıdır.

Alman mütəxəssis "Liverpul"a 2015-ci ildə gəlib. O, komanda ilə Avropa Liqası və İngiltərə Liqa Kubokunun finalçısı olub.

Xəbər xətti