Azərbaycandan Rusiyaya keçmək istəyən şəxslərdən 120 min dollar aşkarlanıb

12:33 - 21 Dekabr 2016 - Xəbər

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, şəxsi yoxlama nəticəsində həmin şəxslərdən iki nəfərinin ayaqqabılarında, bir nəfərinin isə corablarında, gömrük nəzarətindən gizlədilmiş, cəmi 120.000 ABŞ dolları aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti