Rob Sübhani: "Qarabağ münaqişəsinin həllinə töhfə verərsə, Tramp Nobel Sülh mükafatı qazana bilər"

12:08 - 21 Dekabr 2016 - Xəbər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Yaxın Şərqdə Azərbaycan Prezidenti İlham Əliyevdən daha etibarlı və etimada layiq olan lider tapa bilməz.

Bu barədə ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhaninin "Jerusalem Post" nəşrində dərc olunan məqaləsində deyilir.

Maqalədə bildirilib ki, Cənubi Karolina ölçüsündə olan bu müsəlman ölkəsinin ABŞ-ın növbəti administrasiyasının diqqətinə layiq olan bəzi unikal mədəni, iqtisadi və geosiyasi xüsusiyyətləri var.

Müəllif Azərbaycan və ABŞ arasında münasibətlərə nəzər yetirərkən hər iki ölkəyə xas ortaq dəyərlərin olduğunu görməyin mümkünlüyünü qeyd edib və bu mənada din azadlığı və tolerantlıq nümunə kimi göstərilib. R.Sübhani vurğulayıb ki, ölkədə müsəlmanlar, xristianlar, yəhudilər dinc şəkildə, çiyin-çiyinə və harmoniya içərisində yaşayırlar: "Məsələn, Azərbaycan və İsrail arasında əlaqələr dərin köklərə malikdir və əməkdaşlığın bir çox sahələrini əhatə edir".

R.Sübhani, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcəyi təqdirdə D.Trampın hətta Nobel Sülh mükafatı ala biləcəyini də hesab edir: "Hər iki ölkə xalqının sülh şəraitində yaşamaq haqqı var və Prezident İlham Əliyev münaqişənin sülh yolu ilə həll edilməsinə səylər göstərir".

Sonda müəllif D.Trampın andiçmə mərasimindən qısa müddət sonra Azərbaycan Prezidenti ilə görüşməsinin vacibliyini önə çəkib.

Xəbər xətti