Azərbaycanda zəlzələ olub

23:24 - 20 Dekabr 2016 - Xəbər

  Azərbaycanın Şimal-Qərb bölgəsində zəlzələ baş verib. Ucnoqta.az-ın "report"a istinadən verdiyi məlumata görə, təbii fəlakət Zaqatala, Balakən və Qax rayonlarında hiss olunub. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi məlumatı təsdiqləyib. Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 20:40-da Zaqataladan 20 km. Şimal-Qərbdə, Balakəndə qeydə alınıb. Zəlzələ Balakən-Zaqatalada 4 bala qədər, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub. Zəlzələ yerin 3 km. dərinliyində qeydə alınıb.

Xəbər xətti