Sabah bəzi yerlərdə qaz olmayacaq

18:52 - 20 Dekabr 2016 - Xəbər

Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2”, saat 10:00-dan 15:00-dək Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SOCAR-dan verilən xəbərə görə, təmir müddətində saat 10:00-dan 15:00-dək Ağsu rayonunun Padar, Kəlağaylı, Nəmilli və Binəcik kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin saat 10:00-dan 18:00-dək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonun Türkan qəsəbəsinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Xəbər xətti