Ankarada silahlı şəxs ABŞ səfirliyinə daxil olmaq istəyib

11:22 - 20 Dekabr 2016 - Xəbər

Türkiyədə silahlı şəxs ABŞ-ın Ankaradakı səfirliyinə daxil olmaq istəyib. Bu barədə "Daily Sabah" qəzeti öz "Twitter" mikrobloqunun səhifəsində yazıb.

Nəşrin məlumatına görə, polis hücum edən şəxsin qarşısını ala bilib. O, saxlanılıb. İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Bazar ertəsi Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnərək öldürülüb. Hadisəni 1994-cü il təvəllüdlü polis əməkdaşı Mövlud Mərd Altıntaş törədib. O, öldürülüb. 

Xəbər xətti