Rusiyanın Türkiyədəki səfirini öldürən şəxsin anası və bacısı saxlanılıb

11:16 - 20 Dekabr 2016 - Xəbər

Türkiyənin Aydın şəhərində Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu qətlə yetirən şəxsin anası və bacısı saxlanılıb.

"Report" "CNN Turk"ə istinadən xəbər verir ki, qadınlar səfirə sui-qəsddən bir qədər sonra həbs olunublar.

Qeyd edək ki, Rusiya səfirinə 22 yaşlı Aydın şəhər sakini, xüsusi təyinatlı dəstənin əməkdaşı Mövlud Mərd Altınbaş atəş açıb və dərhal zərərsizləşdirilib.

Xəbər xətti