Daha 506 pirotexniki vasitənin ölkəyə gətirilməsinin qarşısı alınıb

15:33 - 19 Dekabr 2016 - Xəbər

Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib. DGK-nin mətbuat Xidmətindən verilən məlumata görə, gömrük baxışı zamanı, avtomobilin gizli saxlanc yerlərində 506 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti