Səfir: "Əfqanıstan "Asiyanın ürəyi" konfransının Bakıda keçirilməsi qərarına görə Azərbaycana minnətdardır"

11:29 - 19 Dekabr 2016 - Xəbər

"Azərbaycanın "Asiyanın ürəyi" prosesində (İstanbul prosesi) mühüm rolu bu ölkənin Əfqanıstanda sülh və sabitliyin bərqərar olması məsələsinə sadiqliyinin tam aydın göstəricisidir". "Report" xəbər verir ki, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili 2017-ci ildə bu proses çərçivəsində Azərbaycanın həmsədr olması və gələn il Bakıda nazirlər səviyyəsində konfransın keçirilməsi qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, ölkələr arasında regional problemlər və məsələlər üzrə qarşılıqlı anlaşma mövcuddur və bununla əlaqədar iki ölkə problemləri həll etmək üçün güclərini birləşdirir.

"Azərbaycan hökumətinə həmsədrlik təşəbbüsünə və 2017-ci ildə "Asiyanın ürəyi" konfransına ev sahibliyi etmək qərarına görə, minnətdarıq", - səfir bildirib. 

Xəbər xətti