Meksikada qətlə yetirilmiş insanların cəsədlərini daşıyan qrupun üzvləri saxlanılıb

11:18 - 19 Dekabr 2016 - Xəbər

Meksikanın Xalisko ştatında 5 nəfərin cəsədini daşıyan 10 nəfərdən ibarət qrupun üzvləri saxlanılıb. Bu barədə "Notisistema" portalı məlumat yayıb. Portalın məlumatına görə, şübhəli şəxslər Tlakepake şəhərindəki boş torpaq sahəsində müəyyən ediliblər. Onlar torbalara yerləşdirilmiş silahların və insan cəsədlərinin olduğu iki avtomobildə saxlanılıblar. Quldurların öz qurbanlarının cəsədlərini torbalardan çıxarmaq və onları basdırmaq fikrində olduqları ehtimal edilir. Cəsədlərin üzərində zorakılıq izləri müəyyən edilib. Meksika ordusunun hərbi qulluqçuları cinayətkarların tutulması üzrə əməliyyat keçiriblər. Qeyd olunur ki, Xalisko Meksikanın ən böyük cinayətkar qruplaşmalarından birinin - "Xalisko-Yeni nəsil" kartelinin irsi torpağı hesab edilir. 2015-ci ildə kartelin üzvləri Qvadalaxara şəhərinə hücüm ediblər və hərbi vertolyotu vurublar. 

Xəbər xətti