Goranboyun taxıl sahələrinə gəmiricilər daraşıb -FOTO

17:21 - 18 Dekabr 2016 - Xəbər

 Havaların soyuq keçməsinə baxmayaraq, Goranboy rayonunun taxıl sahələrində müşahidə olunan gəmiricilərin sayı çoxalmaqdadır. "Report" xəbər verir ki, əsasən arpa, buğda və yonca sahələrinə daraşan siçanabənzər gəmiricilər, bitkinin kökünü kəsərək məhv edirlər. Fermerlər Goranboyda siçanların üstünlük təşkil etdiyi sahələrə hazırda don suyu buraxaraq gəmiricilərin fəaliyyətini məhdudlaşdırmağa, 6-8 bala verən ana siçanları məhv etməklə onların artımının qarşısını almağa çalışırlar.

Sahələri məhv edən ziyanvericilərin qarşısını almaq üçün Bitki Mühafizə Mərkəzinin rayon şöbəsinin əməkdaşları fermerləri təlimatlandıraraq, onları aldadıcı yemlərlə təmin edirlər.

Xəbər xətti