Bakıda yaşayış binasında elektrik sayğacları yanıb

11:23 - 18 Dekabr 2016 - Xəbər


Bakıda yanğın qeydə alınıb.Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda “ANT MMC” tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin girişində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 6 p.m kabel yanıb.Digər elektrik lövhəsində 15 ədəd sayğac yanğından mühafizə olunub.Yanğın saat 05:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti