Fövqəladə vəziyyət iyulun 15-dək uzadılıb - Fransada

10:48 - 16 Dekabr 2016 - Xəbər

Fransa Senatı ölkədə fövqəladə vəziyyət rejiminin 15 iyul 2017-ci il tarixinədək uzadılması barədə qərarı təsdiq edib. Bu barədə "Associated Press" məlumat yayıb. Beləliklə, bu qərarı ölkə parlamenti tərəfindən qəbul edilmiş hesab etmək olar. Çünki bundan əvvəl Milli Assambleyanın deputatları fövqəladə vəziyyətin uzadılmasının lehinə səs veriblər. Bu qərar güc strukturlarına ölkə vətəndaşlarının təhlükəsizliyini gücləndirilmiş iş rejimində təmin etmək imkanı verəcək.

Xəbər xətti