Baş mühəndis: "Xəzərdə estakadanın çökməsi nəticəsində neft və qaz hasilatına heç bir ziyan dəyməyib"

16:20 - 15 Dekabr 2016 - Xəbər

 "Xəzərdə itkin düşən neftçilərin axtarışları “Səngəçal”, “Xərə-Zirə”, “Duvannı”, “Ələt-Dəniz” yataqlarını əhatə edən ərazidə davam etdirilir". Ucnoqta.azSalamNews-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib. B.Ağarəhimov qeyd edib ki, İlham Qafarovun cəsədi “Ələt-41”-in ərazisində tapılıb: "Oraya əlavə gəmilər cəlb edilib. Estakadanın çökdüyü bölgədə dərinlik 10-11 metr təşkil edir. Qəza Neft Yığım Məntəqəsində baş vermədiyi üçün neft və qaz hasilatına heç bir təsir göstərməyib".
Balamirzə Ağarəhimov əlavə edib ki, hadisə baş verən estakada 1978-ci ildə tikilib. Orada sonuncu dəfə bu ilin avqust ayında cari təmir işləri aparılıb.

Xəbər xətti