Talassemiya Mərkəzində bu il kiçik yaşlı uşaqlar arasında xəstəlikdən ölüm halı qeydə alınmayıb

15:54 - 15 Dekabr 2016 - Cəmiyyət

 "Respublika Talassemiya Mərkəzinə ayda 1000-1200, ildə 10 000 vahid qan daxil olur və istifadə olunur".
Bunu "Report"a açıqlamasında Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.
O bildirib ki, Respublika Qan Bankı mütəmadi olaraq Talassemiya Mərkəzini qanla təmin edir və bu sahədə problem yaşanmır.
Direktor onu da əlavə edib ki, irsi qan xəstəliyi olan talassemiyanın gedişatı ağırdır: "Xəstəliyin gedişatında həkimlərlə yanaşı, valideynlərin də üzərinə çox məsuliyyət düşür. Əgər valideynlər övladlarını vaxtlı-vaxtında müalicə etdirməzsə, müayinə-müalicələr aparılmazsa, xəstəni itirmə halı tezləşə bilər. Bu il ərzində Talassemiya Mərkəzində kiçik yaşlı uşaqlar arasında xəstəlikdən ölüm halı qeydə alınmayıb".
Qeyd edək ki, Talassemiya Mərkəzində 17 yaşınadək olan uşaqlar müalicə alır. 

Xəbər xətti