Xaçmazda gəlinini öldürən şəxsə 16 il həbs

13:31 - 15 Dekabr 2016 - Xəbər

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məlikməmməd Adıgözəlovun cinayət işi üzrə məhkəməsinin sonuncu iclası keçirilib. "Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət itthamçısı çıxış edib.
Prokuror çıxışında M.Adıgözəlovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qətlə yetirilən şəxsin hüquqi varisi isə təqsirləndirilən şəxsə ömürlük həbs cəzasının verilməsini tələb edib.
Məhkəmənin hökmü ilə M.Adıgözəlov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin iyul ayında Xaçmaz rayonunun Uzunoba kəndində baş verib. Kənd sakini, 1954-cü il təvəllüdlü M.Adıgözəlov keçmiş gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Hadisəni törədən M.Adıgözəlov saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ittiham olunub.

Xəbər xətti