Vitse-spiker: “Uşaq hüquqlarının qorunmasına dair öhdəliklər lazımınca yerinə yetirilir”

13:04 - 15 Dekabr 2016 - Xəbər

“Azərbaycan hökuməti uşaq hüquqlarının qorunması ilə bağlı üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirir və bu məsələ ölkə qanunvericiliyində daim diqqətdədir”.APA-nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova “Uşaqlar üçün qanunvericilik: Milli Məclis UNICEF əməkdaşlığı” mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, Azərbaycan müstəqil olduğu 25 il ərzində uşaq hüquqlarının qorunması üçün koordinasiya olunmuş fəaliyyətə üstünlük verib: “Azərbaycanın bu sahə üzrə bir çox beynəlxalq konvensiyalara qoşulub. Bu gün Azərbaycanın həmin konvensiyalardan irəli gələn öhdəlikləri yerinə yetirir. Azərbaycanın UNICEF-lə əməkdaşlığı ötən illərdə getdikcə daha da inkişaf edib”.  

Xəbər xətti