Şamaxıda avtomobil 43 yaşlı piyadanı vuraraq öldürüb

12:18 - 14 Dekabr 2016 - Xəbər

 Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çuxuryurd kəndində qeyd alınıb.Şamaxı şəhər sakini, 1992-ci il təvəllüdlü Şahməmmədov Kamran Əjdər oğlu idarə etdiyi 56-BF-636 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən yolu keçməkdə olan piyadanı, Çuxuryurd kənd sakini, 1973-cü il təvəllüdlü Əfəndiyev Vüqar Habil oğlunu vurub. Vüqar Əfəndiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində vəfat edib.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

Xəbər xətti