Hərbi salam verə bilməyən prokurorun kimliyi bilindi - VİDEO

12:04 - 14 Dekabr 2016 - Xəbər

Dünəndən etibarən mərhum prezident Heydər Əliyevin anım günündə hərbi salam verə bilməyən prokurorun kimliyi ciddi müzakirələrə səbəb olub.BakiPost.az xəbər verir ki, mətbuatda yayılan videoda prokurorun hərbi salamı sol əli verdiyi əks olunub. Xəbərlərdə onun kimliyi açıqlanmasa da, sosial şəbəkələrdə prokurorun hərbi salam verə bilməməsi barədə müxtəlif versiyalar irəli sürülür. Bu versiyalardan biri kimi prokurorun sağ əlinin protez olduğu, bu səbəbdən də hərbi salamı digər əliylə verdiyi iddia olunur. Saytın əldə etdiyi məlumata görə, sözügedən şəxs Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanovdur. 
Həmçinin məlum olub ki, o, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Baş Prokurorluqdan faktı saytımıza təsdiqləyiblər.
Lakin onun əlinin protez olması barədə deyilənlərin yalan olduğunu bildiriblər. 
Məlumat üçün bildirək ki, 1991-ci ildən prokurorluq orqanlarında işləyən Tariyel Qurbanov əvvəllər Tovuzun, Qaradağın və Hacıqabulun prokuroru vəzifəsində işləyib.

Xəbər xətti