Bu il Azərbaycanda 17 nəfərə sümük iliyi köçürülüb

11:40 - 14 Dekabr 2016 - Cəmiyyət

 “Talassemiya Mərkəzinin Sümük İliyi Transplantasiya şöbəsində bu il 17 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib". Bunu mərkəzin direktoru Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, 2014-cü ildən bu günə kimi 42 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib: “Mərkəzin ümumi laboratoriyasında il ərzində 17 min 500 nəfər müayinələrdən keçib. Bunlardan 217 nəfərdə uyğunluq müalicəsi aparılıb”.

Xəbər xətti