Bu il nikaha daxil olmaq istəyən 4358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb

11:30 - 14 Dekabr 2016 - Cəmiyyət

Bu il Azərbaycanda nikaha daxil olmaq istəyən 4358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov ilin yekunlarına dair hesabat tədbirində deyib.
C.Məmmədov qeyd edib ki, Mərkəzin Hemotologiya şöbəsində il ərzində 489 xəstə stasionar müalicə alıb: "Mərkəzin ümumi laboratoriyasında il ərzində 17500 nəfər proqram çərçivəsində müayinələrdən keçib. Bundan əlavə, 217 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb".
Mərkəz direktoru bildirib ki, 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb: "Belə ki, aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. 2016-cı il ərzində 134 656 nəfər müayinədən keçib. 4358 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 32 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib".

Xəbər xətti