Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu keçirilir

11:15 - 14 Dekabr 2016 - Xəbər

Ankara şəhərində Azərbaycan-Türkiyə 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda 2017-ci ildə həyata keçiriləcək birgə tədbirlərin razılaşdırılması, hərbi əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, regionda təhlükəsizlik, o cümlədən hər iki dövlətin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

Xəbər xətti