Silahlılar Hələbi "Rasmuse" nəzarət buraxılış məntəqəsindən ailələri ilə birlikdə tərk edəcəklər

10:46 - 14 Dekabr 2016 - Xəbər

Suriyanın Hələb şəhərində dekabrın 13-də atəş tam dayandırılıb. Bu barədə "RİA Novosti"yə Hələb qubernatoru Əmmar Ezzin mətbuat xidmətinin nümayəndəsi bildirib.

"Axşamdan şəhərdə tam sakitlikdir. Atəşma barədə məlumat daxil olmayıb. Ola bilər, əvvəlki gün kimi, şənlik mərasimi çərçivəsində tək-tək bayram atəşləri eşidilsin" – deyə o bildirib.

Agentliyin müxbiri isə şəhərin silahlıların olduğu şərq yaşayış məntəqələrində avtomat səslərinin eşidildiyini bildirib.

Öz növbəsində əməliyyat qərargahındakı mənbə isə bildirib ki, silahlılar və ailələri razılaşmaya əsasən qərbdəki Ramuse nəzarət buraxılış məntəqəsindən Hələbi tərk edəcəklər. Artıq bununla bağlı xüsusi avtobuslar hazırlanıb.

Xəbər xətti