ABŞ-da polislər əqli zəiflikdən əziyyət çəkən 73 yaşlı ahılı güllələyiblər

10:45 - 14 Dekabr 2016 - Xəbər

ABŞ-ın Kaliforniya ştatının cənubunda polis əməkdaşları psixi pozğunluqdan əziyyət çəkən kişini güllələyiblər. Bu barədə "Los Angeles Times" qəzeti yazıb.

Beykersfild şəhərinin polisinin bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları küçədə silahla gəzən kişi haqqında məlumat alıblar. 73 yaşlı Fransisko Sernenin olduğu yerə gələn polislər ona atəş açıblar.

Ahıl kişi aldığı yaralardan öz evi yaxınlığındaca ölüb. Mərhumun ailə üzvlərinin sözlərinə görə, Serneyə doqquz dəfə atəş açılıb.

"Polis mənim atama doqquz güllə atıb, halbuki o silahlı deyildi", - deyə mərhumun oğlu bildirib. O, həmçinin əlavə edib ki, atasında əqli zəifliyinin ilk mərhələsi olub.

Müstəntiqlər hadisə yerində silah tapmayıblar. Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti