Binyamin Netanyahu: "Azərbaycan və İsrail arasında əla münasibətlər var"

17:43 - 13 Dekabr 2016 - Xəbər

 "Azərbaycan və İsrail arasında əla münasibətlər var"."Report" "Jerusalem Post"a istinadən xəbər verir ki, bunu Bakıda rəsmi işgüzar səfəri zamanı İsrail Baş naziri Binyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib. İsrail baş naziri həmçinin ikinci dəfə Azərbaycana səfər etməsindən məmnuniyyət duyduğunu dilə gətirib. O, Azərbaycan və İsrailin, eləcə də bu iki ölkənin xalqlarının bir-birinə ənənəvi dostluq əlaqələri ilə bağlı olduğunu bildirib. B.Netanyahu Azərbaycanda tolerantlıq ənənələrini vurğulayıb. O, eyni zamanda, Azərbaycanda yəhudi icmasının, İsraildə isə Azərbaycandan olan təqribən 70 min nəfərin yaşadığını sözlərinə əlavə edib və bunu ölkələri bir-birinə bağlayan körpü kimi qələmə verib.

Xəbər xətti